"Mən, yay, uşaqlar - Ən yaxın dostlar” adlı layihə həyata keçiriləcək

"Mən, yay, uşaqlar - Ən yaxın dostlar” adlı layihə həyata keçiriləcək

F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları "Mən, yay, uşaqlar - Ən yaxın dostlar" adlı layihədə iştirak etməyə dəvət edir.

Olaylar.az bildirir ki, layihə cari ilin sentyabrın 1-nə kimi davam edəcək.

Layihəyə görə uşaq və yeniyetmələr, valideynləri ilə birgə oxuduqları kitablardan birinə rəsm çəkməlidirlər. Təqdim edilən rəsm əsərləri kitabxananın oxu zalında sərgilənəcək.

Layihədə iştirak edən uşaqlara, yeniyetmələrə və valideynlərə kitabxana tərəfindən kitablar hədiyyə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31