Tovuz sakini kütləvi məzarlıq aşkarlayıb

Tovuz sakini kütləvi məzarlıq aşkarlayıb

Oraya giriş həm çətin, həm də təhlükəlidir

Tovuz rayonunda kütləvi şəkildə qalaqlanmış insan sümükləri tapılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, sümüklərə rayonun Hacılar kəndinin yaxınlığında, çətin keçilən dağlıq və meşəlik ərazidə rast gəlinib. Sümükləri kənd sakini Fazil Əliyev meşədə gəzərkən təsadüfən aşkarlayıb.

Fazil Əliyev Sputnik Azərbaycan-a açıqlamasında sümüklərin sel sularının yuması nəticəsində girişi bağlanmış mağaradan yayıldığını söyləyib: "Meşədə gəzirdim. Gördüm yerdə pərakəndə halda sümüklər var. Yuxarı qalxaraq girişi bağlanmış mağaradan yayıldığını gördüm. Dağdan axan sel suları bir hissəsini yuduğundan sümüklər də üzə çıxıb. Mən görəndən bu yana yağış suları çoxunu yuyub aparıb. Yaxında olanları bir yerə topladım", - deyərək məlumat verib.

Tovuz rayonunda kütləvi şəkildə qalaqlanmış insan sümükləri tapılıb

Tovuz rayonunun Hacılar kəndinin sakini Fazil Əliyev

Tovuz rayonunda kütləvi şəkildə qalaqlanmış insan sümükləri tapılıb

Tovuz rayonunda kütləvi şəkildə qalaqlanmış insan sümükləri tapılıb

Tovuz rayonunda kütləvi şəkildə qalaqlanmış insan sümükləri tapılıb

Tovuz rayonunda kütləvi şəkildə qalaqlanmış insan sümükləri tapılıb

F.Əliyev uçqun nəticəsində mağaranın girişinin bağlandığını, ona görə içəriyə girməyin həm çətin, həm təhlükəli olduğunu söyləyib. O, işıq salarkən içəridə də xeyli insan sümüyünün olduğunu bildirib.

Tapıntıdan məlumatlı olan kənd sakinləri ərazidə mütəxəsis araşdırmalarının aparılmasını məqsədəuyğun hesab edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31