Ağstafada təkər təmiri sexində şin partladı: usta gözsüz qaldı - FOTO
Ağstafada təkər təmiri sexində şin partladı: usta gözsüz qaldı - FOTO
19 İyul 2019 13:47 SosialAğstafa rayon sakini bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Böyük Kəsik kənd sakini, 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu usta işlədiyi təkər təmiri sexində avtomobil şinini dəyişərkən ehtiyatsızlıq edib və qəflətən şin partayıb.
Nəticədə o, baş və göz nahiyəsindən ağır xəsarətlər alıb.
O, dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub. İ.Mehdiyevin bir gözü əməliyyatla götürülüb, iki barmağı isə amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31