Yalçın Rzazadə Türkiyədə əməliyyat olundu
Yalçın Rzazadə Türkiyədə əməliyyat olundu
19 İyul 2019 13:24 SosialXalq artisti Yalçın Rzazadə ötən gün Türkiyədə əməliyyat olunub.
Bu barədə Kult.az-a oğlu Mətin Rzazadə məlumat verib.
"Şükürlər olsun ki, əməliyyat yaxşı keçdi. Hazırda səhhəti stabildir, amma kritikliyini qoruyur", - o bildirib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi. Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31