Eldar Mansurovun oğluna yüksək vəzifə verildi
Eldar Mansurovun oğluna yüksək vəzifə verildi
19 İyul 2019 12:51 SosialAzergold QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.
Olaylar.az xəbər verir ki, bu şəxs Mansurov Anar Eldar oğludur.
O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb.
A.Mansurov həmçinin, bu ilin yanvarında AzRe Təkrarsığorta ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.
Qeyd edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur. Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura Azericard MMC, ABB və Azerinvestservice MMC kimi tanınmış qurumlar daxildir.
Eldar Mansurovun daha bir oğlu - Ülvi Mansurov da bank sahəsində çalışır.
banker.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31