ÖLKƏ ŞOKDA! İstirahətə gedən 19 yaşlı qızı 12 nəfər ard-arda zorladı
19 İyul 2019 07:18 Sosial
Kiprə səyahətə gələn 19 yaşlı gənc turistin başına gələnlər hər kəsi şoka salıb.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, Kiprin cənubundakı bir qəsəbədə yerləşən oteldə turist qızın başına oyun açıblar. Belə ki, 12 nəfər tanımadığı şəxs qıza toplu şəkildə təcavüz ediblər.
Gənc qız həmin şəxslər getdikdən sonra dərhal polisə zəng edərək məlumat verib. Onu həkim müayinəsindən keçirdikdən sonra, hadisədə şübhəli bilinən 12 şəxs saxlanılıb. Həmin şəxslərin israilli olduğu bilinib. Ölkə əhalisi yayılan məlumatdan böyük sarsıntı keçirib.
İsrail Xarici İşlər Nazirliyi məsələdən xəbərdar olduqlarını və dəhşətli əməldə əli olan 12 şəxsə də layiqi cəzanın veriləcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31