YAP Pirallahı rayon təşkilatı hesabat verib

YAP Pirallahı rayon təşkilatı hesabat verib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat iclası keçirilmişdir

Olaylar.az xəbər verir ki, hesabat yığıncağını giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov gündəlikdə duran məsələləri yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. Hesabat yığıncağının gündəliyi səsvermə yolu ilə təsdiq olunduqdan sonra gündəlikdə duran ilk məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2019-cu ilin I yarımilliyi ərzində fəaliyyəti və görülən işlərlə bağlı çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirdi ki, 2018-ci ildə olduğu kimi 2019-cu ilin ilk 6 ayı ərzində də təşkilatın fəaliyyəti uğurlu və məhsuldar olmuş, mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə yanaşı ideoloji sahədə də fəallıq göstərilmişdir. Təşkilatın yarımillik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirildi.

Gündəlikdə duran ikinci məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının fəaliyyəti geniş müzakirələr və tövsiyyələrlə yadda qaldı. Hər bir ərazi ilk partiya təşkilatının fəaliyyətinə ayrı-ayrılıqda ətraflı şəkildə münasibət bildirildi, irad və nöqsanlar ərazi ilk partiya təşkilatı sədrlərinin nəzərinə çatdırıldı.

Gündəlikdə duran 3-cü məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin fəaliyyəti barədə danışarkən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabata münasibət bildirən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura üzvü, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, İcra nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri Həsən Niftəliyev, 235 №-li orta məktəb ərazi ilk partiya təşkilatının sədri Şahin Allahverdiyev və digərləri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2019-cu ilin ilk 6 ayı ərzində fəaliyyətini qənaətbəxş hesab etdilər.

Tədbir Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edənlərin Fəxri Fərmanla təltif edilməsi və partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya vəsiqələrinin təqdim olunması ilə yekunlaşdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31