Nazirlik enerji içkiləriylə bağlı qərar verdi - 16 yaşdan aşağı gənclərə satılmayacaq...
Nazirlik enerji içkiləriylə bağlı qərar verdi -16 yaşdan aşağı gənclərə satılmayacaq...
18 İyul 2019 16:20 SosialNazirlik enerji içkiləriylə bağlı qərar qəbul edib. Qərara əsasən enerji içkiləri 16 yaşdan aşağı olan gənclərə satılmayacaq.
Olaylar.az xəbər verir ki, bu gün dünya əhalisi tərəfindən ən çox qəbul olunan enerji içkiləriylə bağlı İngiltərə Səhiyyə Nazirliyi qərar qəbul edib. Məsələ artıq ingilis mediasında gündəm olub. Qərarda bildirilir ki, tərkibində şəkər və yüksək kofein olan içkilər yaşı 16 yaşdan aşağı olan gənclərə satılmayacaq.
Səhiyyə naziri Matt Hankok açıqlamasında enerji içkisinin gənclərə qadağan edilməsinin vacibliyini bildirib:
"Bu qərar hökumətdə və iş dünyasında mübahisələrə səbəb ola bilər. Ancaq uşaqları qorumaq üçün hökumət tərkibində yüksək şəkər olan içkilərin satışına müdaxilə etməlidir. Düşünürük ki, uşaqlarla bağlı bu qərar çox önəmli addımlardan biridir".
Nazirin bu addımını bir çox tanınmışlar da dəstəkləyib.
moderator.az