İraqda türkiyəli diplomatın öldürülməsinə - Bakıdan reaksiya
İraqda türkiyəli diplomatın öldürülməsinə - Bakıdan reaksiya
18 İyul 2019 11:41 SosialAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib.
Olaylar.az xəbər verir ki bu barədə nazirliyin Tvitter səhifəsində məlumat paylaşılıb.
"Ərbildə həyatını itirən türkiyəli həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Baş vermiş silahlı hücumu şiddətlə qınayırıq", - qeyd olunub.
Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Nəticədə Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31