Sahibkarların nəzərinə!
KOB-lar üçün “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək
17 İyul 2019 16:30 SosialKOB-lar üçün "Mövcud biznesin inkişafı və pul axını" mövzusunda seminar keçiriləcək
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Agentliyin İctimai Şurasında təmsil olunan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün "Mövcud biznesin inkişafı və pul axını" mövzusunda seminar keçiriləcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, tədbirin təşkilində məqsəd sahibkarların bazarın öyrənilməsi, marketinq, gəlir və xərclər planının hazırlanması və s. barədə məlumatlandırılmasıdır. Seminar saat 15.00-da, KOBİA-nın inzibati binasında (Ünvan: Atatürk prospekti, 134) keçiriləcəkdir. Qeydiyyat üçün: Urfan Nəbiyev (tel: (055) 200-03-28, e-mail: [email protected]).