“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatına dair təqdimat
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatına dair təqdimat
16 İyul 2019 17:01 SosialŞəmkir şəhərində "Muzey əşyalarının daimi mühafizə portalı" nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat - treninqin ikinci mərhələsi keçirildi.
Olaylar.az bildirir ki, "AdZone" şirkəti tərəfindən "Muzey əşyalarının daimi mühafizə portalı" nın yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilmişdir. Bununla əlaqədar, rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsi məqsədilə regional təqdimat - treninqlərin keçirilməsi zərurəti yaranmışdır. Beləliklə, ilkin mərhələ olaraq cari ilin 20-21 iyun tarixində Qəbələ şəhərində İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə təqdimat - treninq keçirilmişdir.
Respublikanın bütün bölgələrində təşkil edilməsi nəzərdə tutulmuş təqdimat-treninqin növbəti, yəni ikinci mərhələsi Şəmkir şəhərində Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynovanın, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasovun, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyiblinin və həmin muzeyin baş fond mühafizi Aida Axundovanın, "Adzone" şirkətinin İT inkişaf mütəxəssisi Natiq Talıbov və həmin şirkətin layihə meneceri Barat Qubatovun, habelə Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə keçirilmişdir.