“Qahirə+25” konfransına hazırlıq kampaniyasına start verilib
“Qahirə+25” konfransına hazırlıq kampaniyasına start verilib
16 İyul 2019 16:35 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsüilə ölkəmizdə"Qahirə+25" konfransına hazırlıq kampaniyasına start verilib. "Olaylar" xəbər verir ki, bununla bağlı növbəti regional konfransı Şəki şəhərində keçirib. Tədbirdə E.Süleymanova məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixindən məlumat verərək, 30 il bundan öncə 1989-cu ildə BMT-nin İnkişaf Proqramının İdarə Şurasının 11 iyul tarixini Ümumdünya Əhali günü kimi təsis etdiyini, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən,əhali inkişafınınqlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş "Qahirə+5" konfransının məqsəd və məramları barədə geniş məlumat verib. Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilmişdir. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir.