Azərbaycan gözəli Gülnarə Əlimuradovanın "Çayxana"da 1.5 milyonluq üzüyü oğurlandı - TUALETƏ GEDİB, QAYIDANDA GÖRÜB Kİ...

Azərbaycan gözəli Gülnarə Əlimuradovanın "Çayxana"da 1.5 milyonluq üzüyü oğurlandı - TUALETƏ GEDİB, QAYIDANDA GÖRÜB Kİ...

"Miss Azərbaycan 2010" gözəllik müsabiqəsinin qalibi Gülnarə Əlimuradova bahalı üzüyünü itirib. O, bununla bağlı polisə müraciət edib.

Olaylar.az  xəbər verir ki, 29 yaşlı qız iyulun 15-də Moskvadakı "Çayxana" restoranında istirahət edirmiş. Tualetə gedib qayıdan zaman Gülnarə nişan üzüyünün itdiyini görüb. Ona dəymiş zərərin 1,5 milyon rubl (təxminən 40 min manat - red.) olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

2010-cu ildə "Miss Azərbaycan" gözəllik müsabiqəsində münsiflər heyətinin 12 üzvündən 7-si qələbəni Gülnarə Əlimuradovaya verib. O, Bülbül adına musiqi məktəbinin məzunudur, daha sonra skripka sinfi üzrə Bakı Musiqi Akademiyasında ali təhsil alıb. Bir sıra brendlərin siması kimi reklam sahəsində məşhur modellərdən biri hesab olunur.

virtulaz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31