Tanınmış aparıcıya vəzifə verildi
Tanınmış aparıcıya vəzifə verildi
16 İyul 2019 11:45 SosialAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində yeni kadr dəyişikliyi olub.
Olaylar.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin direktoru Əkbər Hacıyevin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev tutduğu vəzifəsindən azad edilərək başqa bir şöbəyə təyinat alıb.
Onu "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində Ceyhun Səfərov əvəzləyəcək.
Xatırladaq ki, C.Səfərov 2003-cü ildən ATV kanalında aparıcı kimi çalışıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31