“Sağlam gülüşlər” adlı ilk seminar keçirilib

“Sağlam gülüşlər” adlı ilk seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Üfüq" Gənclərin İnkişafı Naminə ictimai birliyi təşkilatçılığı ilə "Regionlarda əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili" adlı layihənin açılışı və ilk seminar keçirilib.

Olaylar.az bildirir ki, təlimdə "Üfüq" Gənclərin İnkişafı Naminə ictimai birliyinin nümayəndəsi, eyni zamanda layihənin eksperti Ümidə Rəhimova, 177 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər yeniyetmə iştirak etmişdir.

Çıxış "Üfüq" Gənclərin İnkişafı Naminə ictimai birliyinin nümayəndəsi, eyni zamanda "Regionlarda əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili" adlı layihənin eksperti Ümidə Rəhimova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi Bakı şəhərində, ali və orta məktəblərdə tələbə və şagirdlər arasında seminarlar təşkil etmək və onları bu sahədə maarifləndirməkdir.

Sonda ekspert tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31