Avtomobili yolun kənarında dayanmış “Mersedes”ə çırpıb

Avtomobili yolun kənarında dayanmış “Mersedes”ə çırpıb

Sabunçu rayonunun H.Əliyev prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 14-də saat 16 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini R.Həmidov idarə etdiyi "Lexus" markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini Z.Yusubova məxsus "Mercedes" markalı avtomobilə vurmuşdur. Nəticədə Z.Yusubovun sərnişinləri olan oğulları Namiq və Kənan xəstəxanaya yerləşdirilmiş, Namiq orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31