Media nümayəndələri arasında keçirilən futbol turnirinin finalçıları məlum olub
Media nümayəndələri arasında keçirilən futbol turnirinin finalçıları məlum olub
15 İyul 2019 15:29 Sosial"Azfar Group"un təşkilati dəstəyi, 4 çarx Təkər Mərkəzinin təşkilatçılığı, "Mammedoff Group"un baş sposorluğu, İrşad Elektroniksin sposorluğu ilə Jurnalistləri arasında mini-futbol üzrə "I Əkinçi Kuboku" turnirinin final mərhələsinə yüksələn komandaların adı bəlli olub. "OLAYLAR" xəbər verir ki, ötən gün növbəti turun 3 oyun keçirilib. Turnir "İki Sahil" - "Bakı 2019" oyunu ilə start götürüb. Oyun Bakı 2019 komandasının qələbəsi ilə başa çatıb. Növbəti finalçılar isə bazar günü adına aydınlıq gəlib. "İdman Azərbaycan" - "Müsavat" , "İTV" - "İnternasional" oyunları ilə ikinci tura yekun vurulub. İdman Azərbaycan və İnternasional növbəti finalçılar olub.
Qeyd edək ki, kubokun final oyunları iyulun 19-20-21 - də olacaq. Qaliblərin mükaftlandırma mərasimi iyulun 21 -də keçiriləcək.