“Heydər Əliyevin kəlamları” adlı kitab nəşr olunub
“Heydər Əliyevin kəlamları” adlı kitab nəşr olunub
15 İyul 2019 15:27 SosialAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə 21 dildə "Heydər Əliyevin kəlamları" adlı kitab çapdan çıxıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, kitabda Ulu Öndərin xidmətlərini, onun Azərbaycanda elm və təhsilin, maarifçiliyin inkişafında, milli ideologiyanın formalaşmasında, dini-mənəvi dəyərlərin və multikultural mühitin qorunmasında misilsiz fəaliyyətini əks etdirən kəlamları Ana dilimizdə və 20 xarici - rus, türk, ingilis, ərəb, fars, alman, fransız, ispan, italyan, ibri, Çex, polyak, serb, hind, macar, rumın, yunan, İndoneziya, Koreya və portuqal dillərində təqdim olunur.
İnstitut müəllimlərinin iştirakı ilə 21 dildə tərcümə olunan "Heydər Əliyevin kəlamları" adlı kitab "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçılarına təqdim olunub.