Qubada kütləvi zəhərlənmə - Səbəbi dəqiq bilinmir

Qubada kütləvi zəhərlənmə - Səbəbi dəqiq bilinmir

Qubada kütləvi zəhərlənmə qeydə alınıb.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, beş nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların qidadan zəhərləndiyi bildirilir:

"Xəstələrin mədələri yuyulub, tibbi yardım göstərilərək, xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri stabildir. Nümunələr Respublika Gigiyena və  Epidemioloji Mərkəzinə göndərilib. Cavab gələndən sonra səbəblər bilinəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31