Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. Təhsil Nazirliyindən "OLAYLAR"-a bildirilib ki,  azərbaycanlı məktəblilərin də iştirak etdiyi olimpiadaya 80 ölkədən təxminən 400 şagird qatılıb.

Ölkəmizi təmsil edən şagirdlərdən Cəlilabad şəhəri 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadada uğurla iştirak edib. Merac Məmmədov bürünc medala layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31