Azərbaycanlı oğlan futbol meydançasında öldü - Meyiti vətənə gətiriləcək
Qazaxıstanın Kostanay vilayətinin uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov vəfat edib. Bu barədə Qazaxıstan KİV-i xəbər verib.
15 İyul 2019 10:44 SosialQazaxıstanın Kostanay vilayətinin uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov vəfat edib.
Bu barədə Qazaxıstan KİV-i xəbər verib.
Belə ki, bu il iyunun 28-də məhəllədəki futbol meydançasında oynayarkən qapı uşağın üstünə düşüb. Həkimlər Namiq Şirinova qaraciyərin yırtılması və güclü retroperitoneal hematoma diaqnozu qoyublar.
Qeyd edək ki, gənc dünyasını dəyişdiyindən onun bu gün paytaxt Nur-Sultandakı klinikalardan birinə nəql edilməsi baş tutmayıb.
N.Şirinovun valideynləri övladlarını Azərbaycanda dəfn etmək qərarına gəliblər. Akimat (icra hakimiyyəti - red.) mərhumun vətənə göndərilməsi üçün bütün xərcləri üzərinə götürüb.
Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsi ilə cinayət işi başlanılıb. Məhkəməyə qədər istintaq davam etdiriləcək.(Report)