Gələn həftə ilin ikinci Ay tutulması baş verəcək
Gələn həftə ilin ikinci Ay tutulması baş verəcək
13 İyul 2019 19:56 Sosialİyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından Redaktor.az-a verilən xəbərə görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimumda olacaq və saat 02:59-da başa çatacaq.
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Proses Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə ediləcək.
Qeyd edək ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31