Bərdədə ev yandı - İki azyaşlı zəhərləndi

Bərdə rayonunda yaşayış evinin yanması nəticəsində iki azyaşlı tüstüdən zəhərlənib. Hadisə rayonun Cəyirli kəndində başverib.

Bərdə rayonunda yaşayış evinin yanması nəticəsində iki azyaşlı tüstüdən zəhərlənib. Hadisə rayonun Cəyirli kəndində başverib.

Kənddə müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün Şükür Şirinova məxsus ev elektrik naqillərində yaranmış qısaqapanmadan yanıb.

Yanğın zamanı evdə olan 5 yaşlı Şəbnəm Şirinova və 3 yaşlı Nəzrin Şirinova tüstüdən zəhərləniblər. Hadisə zamanı habelə bir qadın da xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım həkimləri çağırılıb, yaralılara tibbi yardım göstərilib.

Yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayonu Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31