Azərbaycanla bu ölkə arasında yeni aviareys açılır

“Kuwait Airways” şirkəti avqustun 1-dən Əl-Küveyt – Bakı – Əl-Küveyt marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.

"Kuwait Airways" şirkəti avqustun 1-dən Əl-Küveyt - Bakı - Əl-Küveyt marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.

Uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri, "Airbus A320-100/200" markalı sərnişin təyyarələri ilə həyata keçiriləcək.

Əl-Küveytdən təyyarə yerli vaxtla saat 10:10-da qalxacaq və Bakı vaxtı ilə saat 13:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Geriyə uçuş isə Bakı vaxtı ilə saat 14:40-da başlayacaq və Əl-Küveyt vaxtı ilə saat 16:20-də yekunlaşacaq. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31