Batumidə azərbaycanlıların olduğu avtobus qəza törətdi - TƏFƏRRÜAT
Batumidə azərbaycanlıların olduğu avtobus qəza törətdi - TƏFƏRRÜAT
12 İyul 2019 18:32 SosialGürcüstanda azərbaycanlıların xəsarət aldığı yol qəzasının təfərrüatları məlum olub.
Bakıdan yola düşən avtobus Batumidə qəza törədib. Ötmə əməliyyatı yerinə yetirən sərnişin avtobusu qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir neçə sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılıb.
Sərnişinlərin xəsarətləri yüngül olduğundan onlar ambulator müalicəyə buraxılıb. Hər iki ayağından ağır yaralanan sürücü isə stasionar müalicəyə götürülüb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31