Təhsil naziri yeni dərs ilinin başlanma və qurtarma tarixi ilə bağlı ƏMR İMZALADI
Təhsil naziri yeni dərs ilinin başlanma və qurtarma tarixi ilə bağlı ƏMR İMZALADI
12 İyul 2019 18:30 SosialTəhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.
Olaylar.az xəbər verir ki, əmrə əsasən, 2019-2020-ci dərs ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Əmrə müvafiq olaraq, dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31