Gürcüstanda qanunsuz siqaret gətirmək istədi
Gürcüstanda qanunsuz siqaret gətirmək istədi
12 İyul 2019 17:04 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 200" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı "Cek" ləqəbli kinoloji xidməti itinin reaksiyası nəticəsində avtomobilin arxa oturacağının arxa tərəfindən "Marlboro" markalı 2200 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.