ÜST-nin təşkilatçılığı ilə Bakıda seminar keçirilib

ÜST-nin təşkilatçılığı ilə Bakıda seminar keçirilib

8-11 iyul tarixində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə "Fövqəladə hallarda risklərin kommunikasiyası üçün potensialın artırılması" mövzusunda seminar keçirilib. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, seminarda müxtəlif nazirliklərin, komitələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Bu seminarın keçirilməsinin məqsədi milli mütəxəssislərin kommunikasiyada risklərlə bağlı maarifləndirilməsi, ictimaiyyətin cəlb edilmə yolları, dövlət orqanlarına və respondetlərə olan inamın artırılması kimi mövzularda məlumatlandırmaqla tərəfdaşların fövqəladə hallar zamanı qərarların qəbul edilməsinə dair təcrübələrinin və bacarıqlarının inkişaf etdirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31