Deputatdan təklif: “Azərbaycanda yeni notariuslar açılmalıdır"
Deputatdan təklif: “Azərbaycanda yeni notariuslar açılmalıdır"
12 İyul 2019 14:48 Sosial"Azərbaycanda yeni notariuslar açılmalıdır, notariuslar qarşısında növbə var". "Olaylar"ın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib. Q. Həsənquliyev deyib ki, notariusların açılması proseduru sadələşdirilməlidir: "Tutaq ki, atanın avtomobilini oğulun istifadə etməsinə zərurət yaranıb. Bu halda niyə etibarnamə tələb edilməlidir? Əgər müraciət yoxdursa, belə hallarda etibarnaməyə gərək olmamalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31