İordaniyalılar Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər
İordaniyalılar Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər
11 İyul 2019 17:19 Sosialİordaniya parlamentinin üzvləri, hüquq üzrə mütəxəssis və tədiqatçılardan ibarət
nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.
Qonaqlar kitabxananın Sərgi salonunda "Heydər Əliyev - 95", "Azərbaycan Xalq
Cümhuriyyəti - 100", "İlham Əliyev", "Xocalı soyqırımı", "31 Mart soyqırımı" mövzusunda
nümayiş etdirilən sərgilərlə, son həftə ərzində kitabxanaya yeni daxil olmuş mənbələrlə tanış
olublar. Ziyarətçilər Akademiklər zalında yerləşən Diplomatik fondda İordaniya səfirliyinin
güşəsi, Nadir kitab fondu və Şərq ədəbiyyatı fondunun fəaliyyəti ilə də yaxından maraqlanıblar.
Həmçinin MEK-də mühafizə edilən ərəb və fars dillərdə olan hüquqi sənədlər barədə fikir
mübadiləsi aparıblar.