Bıçaqla hədələyərək 340 manatını aldı
Bıçaqla hədələyərək 340 manatını aldı
11 İyul 2019 16:08 SosialQuldurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 4-də Nizami RPİ 24-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini E.Talıbov ötən il noyabrın 23-də Q.Qarayev prospektində naməlum şəxsin onu bıçaqla hədələyib 340 manat dəyərində gümüş qolbağısını aldığını bildirmişdir.
24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini O.Cəfərli saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31