Evinə qonaq getdi, pulunu oğurlayaıb aradan çıxdı
Evinə qonaq getdi, pulunu oğurlayaıb aradan çıxdı
11 İyul 2019 14:01 SosialBakıda mənzildən oğurluq etmiş şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar" verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q. Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib. 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M. Əliquzuyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31