Avtomobildə gizlədilən xeyli miqdarda papiros aşkar edilib

Avtomobildə gizlədilən xeyli miqdarda papiros aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21110" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1375 ədəd "Belomorkanal" papirosları aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31