Bəyan edilməyən elektronika malları və mobil telefonlar aşkarlanıb

Bəyan edilməyən elektronika malları və mobil telefonlar aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefonların və elektron əşyaların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. "Olaylar" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd yaddaş kartı gətirdiyini bəyan edib.Lakin yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindən bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 50 ədəd "SanDisk 8GB" markalı flaşkart, 5 ədəd portativ enerjiyığma cihazı, 3 ədəd plata, 2 ədəd yaddaş kartı və əynindəki gödəkçənin ciblərindən isə 4 ədəd "İphone" markalı mobil telefonlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31