Dövlət-özəl tərəfdaşlığına dair seminar keçirilib

Dövlət-özəl tərəfdaşlığına dair seminar keçirilib

Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İslam İnkişaf Bankının dəstəyi ilə dövlət-özəl tərəfdaşlığına dair iki günlük maarifləndirici seminar öz işinə başlayıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, bir sıra dövlət qurumlarının və benefisiar təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə dövlət-özəl tərəfdaşlığına dair uğurlu beynəlxalq təcrübələr, maliyyələşmə mexanizmləri və müqavilə öhdəlikləri, iştirak və monitorinq prosesi kimi mövzular müzakirə olunub.

Məlumat üçün qeyd edək ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri ölkədə dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi, dövlət-özəl tərəfdaşlıq layihələrinə KOB-ların cəlb edilməsinin təmin olunması, eləcə də benefisiar təşkilatların bu sahədə bilik və bacarıqlarının gücləndirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31