Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub

Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub

"Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi"nə start verilib.  "OLAYLAR"-a Dövlət Komitəsindən bildirilib ki, düşərgə iştirakçıları Heydəl Əliyevin Şamaxı şəhərindəki abidəsi önünə gül dəstələri qoyduqdan sonra Rayon Mədəniyyət Mərkəzində düşərgənin təntənəli açılışı olub. Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb və Nəsimi ilində dünya azərbaycanlılarının qədim Şamaxıda bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Diaspor Gənclərinin Yay Düşərgəsinin ikinci ildir ki, təşkil olunduğunu və xaricdə yaşayan onlarla azərbaycanlının məhz bu irimiqyaslı layihə çərçivəsində doğma vətəninə gəldiyini diqqətə çatdırıb. Komitə sədri düşərgənin mahiyyəti, dövlətin diaspor siyasətində bu layihənin yeri və eyni zamanda layihənin hədəfləri barədə ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, Diaspor Gənclərinin Yay Düşərgələri həm ölkə daxilində, həm də xaricdə yaşayan gənclər azərbaycanlılar arasında böyük rəğbət qazanıb.

Açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev,Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Natiq Əliyev və başqaları çıxış ediblər. Çıxışlarda düşərgənin Azərbaycan diaspor

hərəkatının güclənməsində, yeni nəsil diasporun formalaşmasında, xüsusilə xaricdə yaşayan gənclərin şəbəkələşməsində əvəzsiz rol oynadığı diqqətə çatdırlıb.

Mərasim bədii hissə ilə davam edib. Musiqili proqramda milli musiqilərimiz, estrada mahnıları ifa olunub, Nəsiminin şeirlərinin əyləncəli formada təqdimatı olub.

Düşərgə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Forumunun da keçirilməsi planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31