BMT-nin ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərləri Tərtərdə olub
BMT-nin ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərləri Tərtərdə olub
10 İyul 2019 11:33 SosialQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində "Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil" adlı tədbir keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31