Vilayət Eyvazovdan ilk təyinat

Vilayət Eyvazovdan ilk təyinat

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə yeni rəis təyin edilib.

Olaylar.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu idarəyə Qarayev Bəkir Qalib oğlu rəis təyin edilib.

B.Qarayev Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi Qalib Qarayevin oğludur.

Qeyd edək ki, bu, Vilayət Eyvazovun nazir kimi ilk rəis təyinatıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31