3 yaşlı uşaq qaynar qazana düşdü - Qazaxda DƏHŞƏT
3 yaşlı uşaq qaynar qazana düşdü - Qazaxda DƏHŞƏT
9 İyul 2019 16:13 SosialQazax şəhərində 3 yaşlı uşaq yanıq xəsarətləri alıb.
2016-cı il təvəllüdlü Ömər Şahmarov ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu olan qazanın içərisinə yıxılıb.
O, yaxınları tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Ö.Şahmarovun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31