Avtomobildə gizlədilmiş spirtli içki və siqaret aşkarlanıb
Avtomobildə gizlədilmiş spirtli içki və siqaret aşkarlanıb
9 İyul 2019 15:58 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsininin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volkswagen Jetta" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Gömrük KOmitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qabaq hava yastığının içərisində gizlədilmiş 1800 ədəd "King" markalı siqaret və yük yerində isə hər biri 1 litr olmaqla 13 ədəd üzərində "Nemiroff" yazısı olan spirtli içkilər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.