Maşın yolu keçən piyadanı vurub

Maşın yolu keçən piyadanı vurub

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən "Olaylar"a verilən məlumatına görə, iyulun 8-də saat 13 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Y. Zərbalıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən şəhər sakini Rasim Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31