Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı hazırlanır
Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı hazırlanır
9 İyul 2019 15:21 SosialDövlət Miqrasiya Xidmətində Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun iclası keçirilib. "OLAYLAR" xəbər verir ki, iclasda Miqrasiya Xidmətinin rəisi, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü üzrə AR hökumətinin məsul nümayəndəsi Vüsal Hüseynov, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin nümayəndəsi, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, həmçinin QHT nümayəndələri iştirak ediblər.
İclasda Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması, bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi, ictimai müzakirələrin, dinləmələrin, ictimai konsultasiyaların keçirilməsi və təkliflərin toplanması barədə fikir mübadiləsi aparılıb.
İclas zamanı V.Hüseynov bildirib ki, Milli Fəaliyyət Planının (MFP) icarsına nəzarəti həyata keçirən və əlaqələndirən AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın indiyədək olan Milli Fəaliyyət Planlarının QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində hazırlanmasında geniş təcrübəsi var. Əvvəlki MFP-ları vətəndaş cəmiyyətinin iştirakı ilə hazırlanıb və verilən təkliflərin əksəriyyəti nəzərə alınıb. Yeni MFP-nin hazırlanmasında Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) standartları nəzərə alınacaq.Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, Platforma, vətəndaş cəmiyyəti MFP-nin hazırlanmasında fəal iştirak etməyə hazırdır. Artq ilk addımlar atılıb, Platformanın təşəbbüsü ilə VCT nümayəndələrindən ibarət yaradılan İşçi Qrup OGP tövsiyyələrinə uyğun olaraq MFP-nin hazırlanması üzrə "Yol xərtiəsi" hazırlayıb. Hətta irəli gedərək MFP-nin strukturu, istiqamətləri üzrə təklifləri AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına təqdim edib.