“KOB könüllüləri” sahibkarları məlumatlandırırlar
“KOB könüllüləri” sahibkarları məlumatlandırırlar
9 İyul 2019 15:08 SosialAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB" könüllüləri Qəbələ rayonunun Vəndam qəsəbəsində mikro və kiçik sahibkarlar, fermerlərlə görüşdə Agentliyin fəaliyyət istiqamətləri, göstərdiyi xidmətlər və onlardan istifadə imkanları barədə məlumat veriblər. "Olaylar" xəbər verir ki, ictimai-iaşə obyektləri, tikiş sexləri, mebel və inşaat materialları mağazalarında, fərdi təsərrüfatlarda olan və maarifləndirici bukletlər paylayan "KOB könüllüləri" bildiriblər ki, sahibkarlar biznesin qurulması və inkişafı, hüquq və mənafelərinin müdafiəsi, özünüməşğulluq proqramına qoşulmaq kimi məsələlərlə bağlı Qəbələ-Oğuz "KOB Dostu"na müraciət edə bilərlər. Vəndam qəsəbəsində keçirilən görüşlər burada fəaliyyət göstərən sahibkarlar və vətəndaşlar tərəfindən maraqla qarşılanıb. Agentliyin digər şəhər və rayonlarında fəaliyyət göstərən "KOB könüllüləri" tərəfindən sahibkarlarla görüşləri iyul-avqust ayları ərzində davam etdiriləcək.