Azərbaycanın Diplomatik Xidmətinin qurulmasının 100-cü il dönümü ilə bağlı tədbir keçirilib
Azərbaycanın Diplomatik Xidmətinin qurulmasının 100-cü il dönümü ilə bağlı tədbir keçirilib
9 İyul 2019 13:47 SosialBu gün İstanbulda Azərbaycan Respublikasının Diplomatik Xidmətinin qurulmasının 100-cü illiyinə həsr edilmiş anım mərasimi keçirilib. Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi tədbir zamanı İstanbul Sarıyerdə ucalan Ulu Öndərin abidəsinə çələng və çiçəklər qoyulub. Daha sonra İstanbul Feriköy məzarlığında yatan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının qəbirlərinə və onlara həsr edilmiş abidəyə çələnglər və çiçəklər qoyulub.
Xəbəri "Olaylar"ın Türkiyə bürosunun rəhbəri Mehdi Səlimov verib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31