Vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsi ilə bağlı dövlət rüsumu ləğv olundu
Vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsi ilə bağlı dövlət rüsumu ləğv olundu
9 İyul 2019 13:02 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib. "Olaylar" xəbər verir ki, qanunla Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunur. Qeyd edək ki, hazırda bu rüsum 4 manatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31