Mobil telefonlar hansı hallarda partlayır?
Mobil telefonlar hansı hallarda partlayır?
9 İyul 2019 12:59 SosialMobil telefonlar həyatımızın ayrılmaz parçasına, hətta ən yaxın köməkçimizə çevriliblər. Lakin mobil telefonların funksiyaları artdıqca onların enerji saxlamaq qabiliyyəti də mütənasib olaraq azalır. Batareyanın artıq enerji yığması nəticəsində isə mobil telefonlar partlaya bilər. Ümumiyyətlə, telefonların partlamasına səbəb nədir?
Olaylar.az bildirir ki, ekspertlərin fikrincə partlama ehtimalı sertifikatlaşdırılmayan və təhlükəsizliyi təmin olunmayan telefonlarda daha çoxdur.
Təhlükəzilik baxımından telefonları günəş şüaları altında uzun müddət saxlamaq, gecəsən səhərə qədər yükləmədə tutmaq məsləhət görülmür. Əks təqdirdə telefonlar həm masada həm də, insanın əlində partlaya bilər.
Cihaz yükləmədə olarkən tez alışan əşyaların üzərində olmamalıdır. Enerji yükləyicisinə qoşulu olan telefondan istifadə etmək məsləhət görülümür. Bu bateryanın tez sıradan çıxması ilə yanaşı partlayışa da səbəb ola bilər.
Bütün bu hallarla rastlaşmamaq üçün istifadəçi mobil telefonun orijinal və ya saxta olduğunu təyin etməlidir.
Qeyd edək ki, saxta mobil telefonlar tez-tez donur, yaxşı işləmir və sistemləri sıradan çıxır.