Milli Məclisin iclasının gündəliyi dəyişdirildi
Milli Məclisin iclasının gündəliyi dəyişdirildi
9 İyul 2019 12:26 SosialMilli Məclisin iyulun 9-da keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O.Əsədov bildirib ki, gündəliyə 38 mıəsələ daxil idi, bunlardan 3-ü çıxarılıb, iyulun 12-də keçirələcək plenar iclasda müzakirə olunacaq: "Bunlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına, Mülki Məcəlləyə (hamısı bir paketdir), "Bank olmayan kredit təşkilatları haqqında" qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31