FHN Masallıdakı qəza barədə məlumat yaydı

FHN Masallıdakı qəza barədə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən ağır yol qəzası barədə məlumat yayıb. Nazirlikdən "Olaylar"a daxil olan məlumatda bildirilir ki, Masallı rayonunda "Mercedes" markalı mikroavtobus və "KamAZ" markalı yük avtomobili toqquşub.Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda olan 7 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31