Bakı-Tbilisi qatarında baş vermiş qəza ilə bağlı RƏSMİ MƏLUMAT
Bakı-Tbilisi qatarında baş vermiş qəza ilə bağlı RƏSMİ MƏLUMAT
9 İyul 2019 10:16 SosialÖtən gecə Bakı-Tbilisi qatarında yaranmış problemin səbəbi məlum olub.
Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) Publika.az-a verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib:
"Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb".
QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31