Narkotik vasitələri ayaqqabısında keçirmək istədi
Narkotik vasitələri ayaqqabısında keçirmək istədi
8 İyul 2019 15:22 SosialCənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. DGK-dan "Olaylar"a bildirilib ki, şəxsi yoxlama zamanı onun ayağına geyindiyi qəhvəyi rəngli ayaqqabının hər tayının altlığı kəsilərək həmin hissəyə yerləşdirilən şəffaf rəngli sellofona bükülü 2 ədəd bağlamada təqribi çəkisi 380 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 5 ədəd bükümdə isə qəhvəyi rəngli, üzərində "M40" nişanəsi olan 43 ədəd bütöv, 6 ədəd isə parçalar halında olan "metadon" həbləri aşkarlanıb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.